IPB

Salam, Qonaq ( Giriş | Qeydiyyat )

 
Тема закрытаНачать новую тему
> Forum qaydaları
Mi$ka
İsmaric 27.7.2010, 16:46
İsmaric #1


...Дождь на стекле рисует розовые мечты...
Иконка группы

Qrup: Pearl.az Team
İsmariclari: 623
Təşəkkür:: 262
Qeydiyyat: 26.7.2010
İstifadəçi №: 3


1. Pearl.az forumu təsnifatına uyğun olaraq açılmış mövzular ətrafında bilik və təcrübələri, xülasələri, zehni məşğul edən düşьncələri, tənqid və təhlilləri bölüşmək üçün yaradılmış virtual məkandır.

2. Pearl.az forumunda yazışmaq hüququ yalnız qeydiyyatlı istifadəçilərə məxsusdur. Qeydiyyatsız istifadəçilərin yazışmalar aparmasına izin verilmir.

3. Forumun rəsmi dili Azərbaycan dilidir və mövzular Azərbaycan şriftləriylə açılmalıdır.Əks halda ya mövzu silinəcək ya da idarə heyyəti tərəfindən dəyişdiriləcəkdir.

4. Pearl.az forumu idarə heyəti:

a. milli adət-ənənələrəmizə zidd olan
b. əxlaq qaydalarını pozan, cinsi məzmunlu
c. Azərbaycan vətəndaşları arasında milli, irqi, dini ayrı-seçkilik yaradan
b. dövlətçilik mənafelərinə zidd olan
d. hər hansı bir dini və siyasi qrupun ekstremist fikirlərini təbliğ edən
e. tərkibində vulqarizm, sərt, alçaldıcı söz və kobud ifadələr olan, sataşma xarakterli
f. forum xaricindəki şəxslərə və ictimai-siyasi, mədəni təşkilatlara zərər verən
g. müzakirə obyekti olan mövzunu sapdıran
h. insan haqqlarına xələl gətirən
i. maarifləndirici, düşündürücü olmayan, yalnız əyləndirici xarakter daşıyan
j. ifrat dil xətalarına yol verilən
k. təkrar açılan və açıldığı kateqoriyaya uyğun olmayan
l. BBCode imkanlarından və mimikalar paketindən ifrat dərəcədə istifadə edilən
m. ikili dialoq şəklində davam edən və üçüncü şəxsə maraqlı olmayan, ”söhbət” (çat) xarakterli
o. zorakılığa çağıran və ya zorakılıqla assosiasiya olunan

mövzu (ismarıcları, istifadəçi adlarını, imzaları, istifadəçi şəkillərini (avataraları və imzaları) bağlamaq, silmək və ya onlar üzərində düzəlişlər etmək səlahiyyətinə sahibdir (üçüncü şəxsə hər hansı bir faydası olmayan ikili dialoqlar, tənqid və mübahisələr şəxsi yazışmalar şəklində davam etdirilməlidir.).

5.
Pearl.az forumuna göndərilən ismarıcların daxili məzmunu üçün bütün məsuliyyəti müəllif istifadəçi daşıyır və Pearl.az heç bir şəkildə istifadəçilərin fikir və yazıları üçün cavabdeh deyil.

6. Pearl.az forumunun istifadəçiləri öz şəxsi veb səhifələrini və eləcə də təbliğ etmək istədikləri veb səhifələri forumun müvafiq, əlaqəli mövzularında və yalnız şəxsi məlumatlarında qeyd edə bilərlər. İstifadəçinin imzasında hər hansı səhifəyə keçid verməsi qadağandır. İstifadəçi imzasında şəkil yerləşdirilməsinə icazə yoxdur. Forumda, yazılarda qırmızı rəngdən ancaq admin heyyəti istifadə edə bilər. İstifadəçi məlumatında qeyd edilən, məzmun etibarı ilə forumun qaydalarının 4-cü bölməsinin a-g bəndlərində (yuxarı bax!) yazılan xüsusiyyətli mətnlər və mövzuların yer aldığı veb səhiflərin ünvanları xəbərdarlıqsız silinəcək, təkrar yazıldığı halda istifadəçinin foruma girişi bağlanacaqdır.

7.
Pearl.az forumuna hər hansı bir müəssisə və ya təşkilatın ticari məqsəd və mənafelərinə xidmət edən reklam və reklam tipli elanları əhatə edən mövzu və ya ismarıclar yerləşdirmək qadağandır. Ümumiyyətlə, bu tip materialların təsbiti və onlar haqqında hüquqi qərar Pearl.az-a aiddir.

8. Pearl.az forumuna birdən artıq istifadəçi adı ilə üzv olmaq qadağandır. Bu kimi hallar təsbit olunduğu təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəkdir. Bu hüquqi tədbirlər istifadəçi hesabının deaktivləşdirilməsi, silinməsi və istifadəçinin foruma girişinin müəyyən müddət üçün məhdudlaşdırılması kimi addımların atılması ilə həyata keçiriləcəkdir.

9.
Pearl.az forumuna göndərilmiş materiallardan forum üzvləri və ya forumdan kənar şəxslər istifadə etdikləri zaman istinad göstərmələri tövsiyyə edilir.

10. Pearl.az forumunun ümumi istifadəyə açıq bölmələrində verilən şəxsi məlumatların sui-istifadəsi nəticəsində yaranacaq problemlərdə şəxsi məlumatlarını könüllü olaraq açıq qeyd edən şəxsin məhz özü məsuliyyət daşıyır və bu halda Pearl.az heç bir hüquqi və mənəvi məsuliyyət daşımır.

11.
Pearl.az forumu qayda-qanunlarına tabe olmayan istifadəçinin əvvəldən foruma üzvlüyü arzuolunmazdır. Lakin əvvəldən qəbul edib, sonradan yuxarıda qeyd edilən qanunlara tabe olmayan, forumun cizgisinə xələl gətirən üzvə qarşı hüququn imkan verdiyi müvafiq tədbirlərə əl atılacaqdır. Bu tədbirlər silsiləsinə forum idarə heyəti tərəfindən rəsmi xəbərdarlıq, yazıların silinməsi və redaktə edilməsi, müəyyən müddət üçün hesabın deaktivləşdirilməsi, qeydiyyatın silinməsi və ən nəhayət, (islaholunmaz vəziyyət qarşısında) foruma girişin bağlanması daxildir.

12. Pearl.az forumuna üzv olan və forumun imkanlarından istifadə edən hər bir üzv yuxarıda qeyd edilmiş qanunları və bütün hüquqi məsuliyyətləri qəbul etmiş hesab olunur.

13. Pearl.az yuxarıda bəyan edilən bütün qayda-qanunlar üzərində ehtiyac yarandığı zaman dəyişikliklər və əlavələr etmək hüququna sahibdir.


--------------------
Мы всегда возвращаемся, Туда где было хорошо....К тому, с кем нам было хорошо... К прошлому…Всегда....Хотя возможно...Только в мыслях...Или мечтах...!!!
Перейти в начало страницы
 
+Цитировать сообщение

Тема закрытаНачать новую тему

1 nəfər bu mövzuya baxış edir (Qonaq: 1, Gizli İstifadəçilər: 0)
İstifadəçi: 0
 

Mətn versiyasi İndi: 9.9.2010, 2:21